"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan “Avropa Yerli Demokratiya Həftəsi”nə hazırlaşır

--2017-10-19 / 17:04

 Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının təşəbbüsü ilə “Avropa Yerli Demokratiya Həftəsi oktyabr ayının 30-dan noyabr ayının 05-dək keçirilməsi nəzərdə tutulur”-bu barədə məlumatı Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının əlaqələndircisi Tofiq Həsənov bildirib.

T.Həsənovun sözlərinə görə, yaxın günlərdə bu məqsədlə Milli Assosiasiyalarının əməkdaşları tərəfindən hazırlanan tövsiyələr bələdiyyələrə çatdırılacaqdır.

Hazırlıq məqsədilə bağlı AzTV və ictimai TV-də, o cümlədən digər KiV-lərdə “Həftə”nin mahiyyəti və tövsiyələr barədə Milli Assosiasiyaların rəhbərliyinin və bələdiyyə sədrlərinin çıxışları  planlaşdırılır. “Həftə” ərzində isə keçirilən nümunəvi tədbirlərin KiV-lərdə işıqlandırılması reallaşdırılması nəzərdə tutulur.

Sonda T.Həsənov bildirib ki, həftə başa çatdıqdan sonra 3 gün ərzində həftə ərzində bələdiyyələr tərəfindən keçirilmiş tədbirlər haqda məlumatlar Milli Assosiasiyalara təqdim olunmalıdır.

Açıqlamasında assosiasiya rəsmisi maraqlı məqamlara toxunub. Belə ki, Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosu bu il keçiriləcək “Həftənin” mövzusu kimi “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunu seçmişdir. Bu il həmçinin bu Avropa təşəbbüsünün 10 illik yubileyi də qeyd ediləcəkdir. Avropa bələdiyyələrinə bu mövzuda öz prioritetlərinə uyğun tədbir və proqramların işlənib təqdim olunması təklif olunur.

Belediyye.info

ŞƏRHLƏR